ABŞ tezliklə Tayvanla ticarət sazişi bağlaya bilər.

Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvan administrasiyasının rəhbəri Tsay İnq-ven ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

O, ABŞ-Tayvan əlaqələrinin üç vacib istiqamətini vurğulayaraq bildirib ki, bunlar təhlükəsizlik, idarəetmə və iqtisadiyyatdır: “Təhlükəsizliklə bağlı bizim əlaqələrimiz güclüdür və biz bunu daha da möhkəmləndirməyin yollarını müzakirə etdik. İqtisadiyyatla bağlı biz ticarət sazişini müzakirə etdik, bu tezliklə mümkün ola bilər. İdarəetmə sahəsində, mən Tayvanın COVID-lə mübarizəsini alqışlayıram, bu dünya üçün real modeldir”, - deyə Pelosi bildirib.

.