Hind okeanında ABŞ sualtı gəmisi tərəfindən İran hərbi gəmisinə endirilən zərbə nəticəsində ən azı 80 nəfər ölüb.
Bu barədə Şri-Lanka xarici işlər nazirinin müavini bu gün yerli televiziya kanallarına bildirib.
Qeyd edək ki, ABŞ-ın müharibə naziri Pit Heqset Hind okeanında İranın hərbi gəmisini ABŞ sualtı qayığının vurduğunu təsdiqləyib.
***
Şri-Lanka sahillərində İran gəmisinə ABŞ tərəfindən zərbə endirilib.
Bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, İranın ən müasir hərbi gəmisinə hücum nəticəsində ən azı 78 nəfər yaralanıb, 101 nəfər itkin düşüb.
.
