ABŞ hakimiyyəti 14 avqustdan bəri Əfqanıstandan təxminən 17 min insanı təxliyə edib.

TASS xəbər verir ki, bunu ABŞ-nin Əfqanıstan paytaxtından insanların təxliyəsi zamanı logistika məsələlərinə görə məsul olan general Henk Teylor Pentaqonda keçirilən müntəzəm brifinqdə açıqlayıb.

“14 avqustda təxliyə əməliyyatı başladıqdan sonra təxminən 17 min adamı təxliyə etdik”, - general belə deyib. Teylor əlavə edib ki, iyul ayının sonundan bu yana ABŞ ordusunun səyi nəticəsində 22 minə yaxın insan ölkəni tərk edib.

.