ABŞ Soçi Olimpiya oyunlarının təhlükəsizliyi sahəsində Rusiyaya göstərdiyi yardım çərçivəsində Qara dənizə iki hərbi gəmi göndərməyə hazırdır.
Bu barədə Fox News xəbər yayıb.
Yanvarın 20-də Pentaqonda bəyan ediblər ki, gəmilər sahilyanı zonaya Rusiya hökuməti xahiş edəcəyi təqdirdə yaxınlaşacaq. Hələlik belə bir sorğunun daxil olmadığı bildirilir.
.
