ABŞ hakimiyyəti bildirir ki, axtarış zamanı Rusinanın məşhur aparıcısı və jurnalisti Kseniya Sobçakı soyundurmayıblar. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Bundan öncə Kseniya şəxsi Twitter səhifəsində bildirmişdi ki, Mayamidən Moskvaya uçarkən hava limanında onu lüt soyundurub axtarış keçiriblər. Buna səbəb yoxlama cihazının onun barmaqlarında partlayıcı maddələrin olduğunu müəyyən etməsidir.
TSA nümayəndəsi "üstdən" sözünü vurğulayaraq, "TSA soyundurmaqla axtarışlar keçirmir. Ehtimal ki, həyəcan siqnalının işə düşdüyünə görə, onun üzərində axtarış keçirilib. Amma bizdə axtarışlar insanın geyiminin üzərindən aparılır. Axtarış insanın geyiminin üstündən aparılır", — deyə bildirib.
.