ABŞ Senatının xarici əlaqələr komitəsində qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsi qəbul edilib. Senatda demokratların dəsiəyini alan layihə 12 səslə təsdiqini tapıb.
H.RES.410 saylı «Erməni Soyqırım» layihəsi Nyu-Cersi senatoru demokrat Robert Menendez və İllions senatoru respublikaçı Mark Kirk tərəfindən hazırlanıb.
Qanun layihəsinə etiraz edənlər respublikaçı senator Bob Corker və həmin partiyadan olan digər 4 senator Con Barrasso, Ceyms Riç, Ron Conson və Cef Fleyk olub. Respublikaçı digər senator Rand Paul isə bitərəf qalıb.
Layihənin ABŞ Konqresində qanun kimi qəbul olunması üçün əvvəlcə Senatın Baş katibliyində müzakirə olunmalıdır. Hesab olunur ki, bu qərar "erməni soyqırımı"nın il dönümünə qədər – aprelin 24-nə kimi təsdiqlənməlidir.
Qeyd edək ki, senat sabahdan etibarən aprelin 28-ə qədər tətilə çıxır. Buna görə də layihənin müzakirəsinə cəmi 1 gün qalır.
.
