ABŞ Senatının rəsmi saytında dərc olunmuş bir materialda "Şərq tərəfdaşlığı" proqraqmının əhatə etdiyi ölkələr, Ukrayna, Moldova, Gürcüstan, Belarus, Ermənistan və Azərbaycanda demokratiyanın vəziyyəti müzakirə olunub.
Rəsmi saytın xəbərində bildirilir ki, müzakirələrə senator Kristofer Merfi sədrlik edib. Dinləmələrdə xüsusi diqqət proqramın əhatə etdiyi ölkələrdən Azərbaycana yönəldilib. Dinləmələrdə həmçinin ABŞ dövlət katibi Viktoriya Nulandın Avropa və Avrasiya məsələləri üzrə köməkçisi, «Heritage Foundation» araşdırmalar mərkəzinin eksperti Ariel Koen, Vaşinqton Analitik şurasının icraçı direktorunun müavini də iştirak ediblər. Müzakirələrin detalları haqda hələlik heç bir məlumat yayılmayıb.
.
