ABŞ-ın Türkiyədə səfir olaraq fəaliyyət göstərəcək Ceff Feykin namizədliyi ABŞ Konqresinin Yuxarı palatası tərəfindən təsdiqlənib.

Bunu Türkiyə mətbuatı xəbər verib.

Qeyd edək ki, Ceff Feykin bu vəzifəyə namizədliyi ABŞ Prezidenti Co Bayden tərəfindən bu ilin iyul ayında irəli sürülüb.

Bununla da 27 iyun 2019-cu ildə ABŞ-ın Türkiyədəki səfiri kimi təsdiqlənən David.M. Satterfieldin bu vəzifəni yaxın zamanda Ceff Feykə təhvil verəcəyi gözlənilir.

.