"Biz son vaxtlar baş verən hadisələri diqqətlə izləyir və Azərbaycan hökuməti ilə əlaqə saxlayırıq”.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin regionlarda keçirilən etiraz aksiyaları ilə bağlı jurnalistlərin suallarına cavab olaraq yaydığı bəyanatında deyilir.
Bəyanatda deyilir ki, "ABŞ güclü, müstəqil və çiçəklənən Azərbaycanı dəstəkləmək xəttinə sadiqdir”.
"Biz daha xoş və işıqlı gələcək istiqamətində əməkdaşlığımızı davam etdirməyə hazırıq”, - deyə bəyanatda vurğulanır.
Xatırladaq ki, ötən həftə Azərbaycanın bəzi rayonlarında ərzaq məhsullarının qiymətinin artırılmasna etiraz olaraq aksiyalar keçirilib.
.