ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan işini başa vuraraq Moskvanı tərk edib.

Bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Hələlik onun səlahiyyətlərini ABŞ-ın Rusiyadakı missiyasının rəhbərinin müavini Elizabet Rud yerinə yetirəcək.

Xatırladaq ki, Con Sallivan 2020-ci ilin fevralında səfir təyin edilib. Onun namizədliyi ABŞ-ın 45-ci prezidenti Donald Tramp tərəfindən irəli sürülüb.

.