ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin həbsi ilə bağlı bəyanat verib.
Bəyanatda deyilir ki, Anar Məmmədlinin qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı saxlanmasından və haqqında 3 ay müddətinə həbs-qəti imkan tədbiri seçilməsindən dərin narahatlıq keçiririk.
"İttihamın təfərrüatları hələ ki, aydın deyil. Ancaq biz indidən bunu sual etməliyik ki, görəsən Anar Məmmədlinin saxlanılması onun təşkilatının seçkiləri müşahidə etməsi və bu barədə məlumat yayması ilə bağlı deyil ki?
Biz bu məsələni artıq Azərbaycan hökumətinin yüksək rütbəli məmurları qarşısında qaldırmışıq və davam etdirəcəyik.
Biz hüquqi prosedurun davam etməsi ilə yanaşı Məmmədlinin dərhal azad edilməsinə çağırırıq. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin və Könüllərin Beynəlxalq İctimai Birliyinin işi ilə bağlı
istintaqı yaxından izləməyə davam edəcəyik”.
.
