ABŞ seçicilərinin üçdəbiri dövlət başçısı Cozef Baydenin prezidentliyini qanuni hesab etmir.

Bu, ölkənin Massaçusets Universitetinin araşdırma xidmətinin apardığı sorğu nəticəsində bəlli olub.

Sorğunun sonuclarına görə, Respublikaçılar Partiyasının tərəfdarlarının əksəriyyəti (71 %) keçmiş dövlət başçısı Donald Trampın səslərinin oğunlandığını düşünür. Respublikaçıların cəmi 21 %-i C.Baydenin prezidentliyini legitim hesab edirlər. Bütövlükdə, araşdırmaçılar amerikalı seçicilərin yalnız 58 %-nin hazırkı Prezidentin qələbəsinin legitimliyinə inandığını müəyyənləşdirib.

Qeyd edək ki, dekabrın 14-dən 20-dək keçirilən sorğuda 1 000 amerikalı seçici iştirak edib.

 

.