ABŞ prezidenti Cozef Bayden ABŞ dolları əskinaslarının Rusiyaya ixracını, satışını və çatdırılmasını qadağan edən sərəncam imzalayıb.
Bu barədə Ağ Ev məlumat yayıb.
Qeyd olunub ki, yeni sərəncam Rusiya iqtisadiyyatının istənilən sektoruna investisiya qoyuluşuna məhdudiyyətlər qoymağa imkan verəcək.
Sənədin bəndlərindən birində bildirilib ki, harada olmasında asılı olmayaraq ABŞ-ın fiziki/hüquqi şəxsi tərəfindən, ABŞ dolları nominalında olan əskinasların Rusiya hökumətinə və ya Rusiyada yerləşən hər hansı fiziki/hüquqi şəxsə birbaşa və ya dolayı yolla ixrac, təkrar ixrac, satış və ya tədarük etməsi qadağandır.
ABŞ Rusiyadan alkoqol, almaz və kürü idxalını qadağan edir
ABŞ Rusiyadan dəniz məhsulları, almaz və alkoqol idxalı, həmçinin bu ölkəyə zinət əşyalarının tədarükünə qadağa qoyur.
Bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.
Bundan əlavə, ABŞ Rusiyanı “ən çox üstünlük verilən millət” statusundan məhrum edir. Rusiyanın ticarət statusunun dəyişməsi Amerika Konqresinə Rusiyadan ABŞ-a idxal olunan istənilən və ya bütün mallara, o cümlədən kürü, araq və digər mallara rüsum tətbiq etməyə imkan verəcək.
Bayden bildirib ki, G7 ölkələri Rusiyanın Beynəlxalq Valyuta Fondu və Dünya Bankından borc almasına qadağa qoymağa çalışacaq.
.
