ABŞ Ukraynada davam edən müharibə və Aleksey Navalnının ölümü ilə əlaqədar Rusiyaya qarşı 500-dən çox yeni sanksiya tətbiq edib.
Yenizaman xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Baydenin Ukraynada müharibənin ikinci ildönümünə dair bəyanatında bildirilib.
Ağ Evin rəsmi internet saytına yerləşdirilmiş bəyanatda qeyd olunub ki, bu sanksiyalar Navalnının həbsi ilə əlaqəli şəxsləri, Rusiyanın maliyyə sektorunu, müdafiə sənayesi bazasını, satınalma şəbəkələrini və müxtəlif qitələrdə Moskvanın sanksiyalardan yayınmasına yardım edənləri hədəfə alıb.
.
