ABŞ Koreya yarımadasında vəziyyətin nizama salınmasına dəstək olaraq Çinin və Rusiyanın bəyanatını BMT Təhlükəsizlik Şurasında bloklayıb.
"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Rusiyanın BMT-dəki nümayəndəliyinin təmsilçisi Fyodor Strjijovski bildirib.
"ABŞ-ın müzakirəsiz Rusiya-Çin təşəbbüsünü bloklaması Vaşinqtonun həqiqi niyyətləri haqqında suallara səbəb olur”, - Rusiya diplomatı qeyd edib.
.
