ABŞ-ın Rusyadakı səfiri Maykl Makfol bəyan edib ki, Vaşinqton əvvəlki tək Moskva ilə raketdən müdafiə sferasında əməkdaşlıq edə bilər.
«Hesab edirik ki, qarşımızda olan təhlükə ölkələrimiz üçün oxşardır. Bizim Rusiyaya qarşı RƏM sistemi tikməyə nə niyyətimiz, nə də imkanımız var. Bu sadəlövlükdür və fiziki olaraq mümkün deyil. Biz hələ ki, Rusiya ilə əhəmiyyətli nəticələr əldə etməmişik, bununla belə, bu istiqamətdə işlərimiz davam edir»,- deyə Makfol bildirib.
Dekabrın ortalarında Baltika ölkələri Kalinqrad vilayətində Rusiyanın «İskəndər» operativ taktik raketlərinin yerləşdirilməsi ilə əlaqədar narahatlıqlarını bildiriblər.
NATO və Rusiya uzun müddətdir ki, Avropada RƏM təhlükəsizliyi arxitekturasının necə olması ilə bağlı ümumi rəyə gələ bilmirlər.
.