ABŞ səlahiyyətliləri Çinə Rusiyaya Qərb sanksiyalarının itkilərini kompensasiya etməyə kömək etməyə çalışacağı təqdirdə hansı nəticələrlə üzləşəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

O izah edib ki, ABŞ Çinin Rusiyaya nə dərəcədə maddi və iqtisadi dəstək verdiyini diqqətlə izləyir. Eyni zamanda, Sallivan ABŞ-ın Çinə məhdudiyyətlər qoymağa hazır olub-olmadığı sualına cavab verməkdən imtina edib.

.