ABŞ Rusiyanın Finlandiya və İsveçlə bağlı xəbərdarlıqlarına rəğmən NATO-nun açıq qapı siyasətini dəyişməyəcək.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Rəsmi Moskvanın Finlandiya və İsveçin Alyansa mümkün üzvlüyü ilə bağlı suala cavabında Prays deyib: “Heç bir dəyişiklik yoxdur. NATO-nun aşıq qapı siyasəti açıq qapı siyasətidir. Kimin alyansa üzvlüyü məsələsini yanlız NATO həll edir” – deyə Prays bildirib.

Bununla belə, Dövlət Departamentinin sözçüsü bildirib ki, hər bir namizəd Alyans üzv olmaq üçün müəyyən tələblərə cavab verməlidir.

.