ABŞ Qırmızı dənizdə husilərə məxsus pilotsuz gəmini vurub.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
“Son 24 saat ərzində CENTCOM [ABŞ Mərkəzi Komandanlığı] qüvvələri Qırmızı dənizdə İranın dəstəklədiyi husi pilotsuz gəmini məhv edib”, – komandanlığın sosial şəbəkə hesabında diqqətə çatdırılıb.
Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra husilər xəbərdarlıq edib ki, İsraili atəşə tutacaq və əməliyyatlar dayandırılana qədər gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcək. 2023-cü ilin noyabrından husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum edib.
Buna cavab olaraq, ABŞ Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün beynəlxalq koalisiyanın yaradıldığını və “Prosperity Guardian” əməliyyatına başladığını elan edib.
.