ABŞ ordusu Manas bazasından texnika və hərbçilərini çıxarmağa başlayıb. Bu barədə ictimaiyyəti hərbi obyektin rəisi polkovnik Con Millard məlumatlandırıb. Amerikalı polkovnik əlavə edib ki, humanitar missiya yerinə yetirən, yük daşınmasında iştirak edən, yanacaqdoldurma dəstəyi göstərən və təhlükəsizliyi təmin edən baza yaxın vaxtlarda Qırğızıstan hökumətinə təhvil veriləcək.
Con Millard həmçinin bildirib ki, Amerika Manasdan çıxdıqdan sonra rəsmi Bişkek infrastrukturu tam hazır vəziyyətdə olan hərbi məkana yiyələnəcək.
.
