ABŞ prezidenti Donald Trampın administrasiyası minlərlə qanunsuz miqrantın ölkə daxilindəki hərbi obyektlərdə yerləşdirilməsi planı üzərində işləyir.

Bu barədə "The New York Times" qəzeti xəbər verib.

Məlumata əsasən, Amerika liderinin köməkçiləri Texasdakı Fort-Bliss hərbi bazasından başlamaq qərarına gəliblər. Onun bazasında yaradılan “deportasiya mərkəzi” 10 minə qədər qeyri-qanuni miqrantı qəbul edə biləcək.

iqrantların orada ABŞ-dan deportasiyasını gözləyəcəkləri gözlənilir. Qeyd edilib ki, Texasdakı bazası digər hərbi obyektlər üçün nümunə kimi xidmət edəcək. Məlumata əsasən, qeyri-qanuni miqrantlar üçün belə saxlama mərkəzləri ondan çox ştatda yaradıla bilər.

.