
ABŞ Prezidenti Donald Tramp sentyabrın 5-də Bakı vaxtı ilə saat 00:00-da Oval kabinetdən açıqlama verəcək.
Bu barədə Ağ Ev məlumat yayıb.
"Saat 16:00-da Prezident Tramp Oval kabinetdə bəyanatla çıxış edəcək", - cədvəldə deyilir. Amerika liderinin çıxışının mövzusu dəqiqləşdirilməyib.
Qeyd edək ki, Tramp sentyabrın 5-də rusiyalı həmkarı Vladimir Putinlə yaxın vaxtlarda danışmaq niyyətində olduğunu açıqlayıb.
Tramp Ağ Evdə keçirdiyi brifinqdə "Bəli, edəcəyəm. Çox yaxşı dialoqumuz oldu", - deyib.
.