ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ilə keçirilən üçtərəfli görüşdə bildirib ki, Ermənistan və Azərbaycan 35 il davam edən müharibədən sonra indi dostluq münasibətlərinə malikdir.

Tramp vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında keçirilən sülh sammiti tarixi əhəmiyyətə malikdir və uzunmüddətli perspektivdə iki ölkə dost qalacaq.

Donald Tramp: Bu gün Paşinyan və Əliyev ciddi sənədə imza atacaqlar

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ilə keçirilən üçtərəfli görüşdə bildirib ki, bu gün Baş nazir Nikol Paşinyan və Prezident İlham Əliyev mühüm sənədə imza atacaqlar.

Tramp vurğulayıb ki, əvvəlcə bu mümkün görünmürdü, lakin güclü diplomatik səylər sayəsində böyük irəliləyiş əldə olunub. O bildirib:

“35 ildir davam edən Ermənistan-Azərbaycan münaqişəsi hər iki ölkəyə böyük ziyan vurub. Onlar həll yolu axtarırdılar, həm Avropa İttifaqı, həm Rusiya ciddi cəhdlər göstərsə də, nəticə əldə olunmadı. Co Bayden də buna nail ola bilmədi, digər dövlətlərin səyləri də nəticəsiz qaldı. Amma biz ABŞ olaraq bu gün böyük sənədlər silsiləsinə imza atdıq.”

Ermənistan və Azərbaycan ticarət münasibətlərini bərpa edəcək, ərazi bütövlüyünə hörmətlə yanaşacaqlar

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüşdə bildirib ki, Ermənistan və Azərbaycan qarşılıqlı ticarəti bərpa etmək, diplomatik münasibətləri yenidən qurmaq və hər iki tərəfin suverenlik və ərazi bütövlüyünə hörmətlə yanaşmaq şərti ilə fəaliyyət göstərəcəklər.

 Tramp qeyd edib ki, “Tramp marşrutu” onun üçün böyük şərəfdir və bu yol sülh və rifah gətirəcək.

Eyni zamanda, bu marşrut Azərbaycanla Ermənistan arasında Naxçıvana çıxışı təmin edəcək. Tramp vurğulayıb ki, bu beynəlxalq marşrut vasitəsilə bu məqsədə nail olunacaq və qeyd edib ki, bu, çox önəmli bir ərazidir.

.