ABŞ-nin Aİ ilə rüsumlarla bağlı uğurlu saziş bağlamaq ehtimalı təxminən 50 % və ya bir qədər azdır.

Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

"Aİ ilə bağlı, deyərdim ki, şansımız 50-50, bəlkə də bir az azdır. Biz Avropa ilə çox səylə işləyirik. Aİ çoxlu şərtlər irəli sürüb", - prezident qeyd edib.

Onun sözlərinə görə, digər ölkələrlə əksər sazişlər bağlanmağa yaxındır və o, bir həftə ərzində dövlət başçılarına yeni razılaşmalar çərçivəsində rüsumlarla bağlı yeni məktublar göndərəcək.

.