ABŞ konqresmeni, respublikaçı Robert Dold yenidən konqresə seçilmək və ölkəsindəki ermənilərin səsini almaq üçün Dağlıq Qarabağdakı separatçı rejimi ABŞ-ın müttəfiqi elan edib.
Yenizaman.az bildirir ki, bu barədə öz twitter səhifəsində Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz məmmədov yazıb.
Yeri gəlmişkən xatırladaq ki, Robert Dold "erməni soyqırımı”nı etiraf edən 304-cü qətnamənin tərtibçilərindən biridir. O hesab edir ki, "erməi soyqırımı” tarixi faktdır və etiraf olunmalıdır”.
.