"Washington Post" qəzetinin verdiyi məlumata görə, ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəhbəri general-leytenant Mayk Flin və onun müavini Devid Şed tutduqları postdan istefa veriblər. Bu barədə ictimaiyyəti Pentaqon rəsmisi kontur-admiral Con Kibri məlumatlandırıb. O, bildirib ki, Amerika ordusunun yüksəkçinli rəsmiləri ilin sonunda vəzifələrini rəsmən tərk edəcəklər.
Hər iki general vəzifədən getmək səbəblərini açıqlamasalar da, onların Kəşfiyyat İdarəsindəki fəaliyyətinin narazılıq yaratdığı ehtimal olunur.
.