ABŞ Quru Qüvvələrinin Qərargah rəisi Reymond Odierno rəsmi Bağdadın yaxın aylarda İŞİD-lə mübarizədə uğur əldə edə bilməyəcəyi halda, İraqa ABŞ qoşunlarının yeridilməsi məsələsini nəzərdən keçirməyi təklif edib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, R. Odierno ABŞ ordusunun İŞİD-ə qarşı döyüşlərdə əsas deyil, köməkçi qüvvə qismində iştirakının mümkün olduğunu bildirib.
Qeyd edək ki, 60 yaşlı general 2008-ci ildən 2010-cu ilədək İraqda beynəlxalq koalisiya qüvvələrinə rəhbərlik edib.
Hazırda İraqda olan 4500 amerikalı hərbçi yerli hərbçilərə təlim keçir.
.