Suriyanın şimal-şərqində ABŞ-nin “əş-Şaddadi” bazası ərazisində silsilə partlayışlar baş verib.

Yenizaman bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Belə ki, partlayışların silahlı qrupların raket hücumları nəticəsində törədildiyi ehtimal olunur.

Qeyd edək ki, bir müddət əvvəl Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq ABŞ-nin İraq və Suriyadakı obyektlərinə hücumların sayının 78-ə çatdığını, 66 hərbçi yaralandığını bildirmişdi.

.