ABŞ NATO-ya yeni üzvlərin qəbulu ilə bağlı məhdudiyyət tətbiq edilməsinə razı deyil.

Bunu ABŞ-ın Dövlət katibinin müavini Uendi Şerman ABŞ-Rusiya məsləhətləşmələrinin yekununa həsr edilmiş mətbuat konfransında deyib.

“Biz təhlükəsizliyə zəmanət məsələsində israrlı olduq. Biz heç zaman alyans üçün vacib olan NATO-nun açıq qapı siyasətinə son verilməsi ilə razılaşa bilmərik. Biz, ABŞ-la işləmək istəyən suveren dövlətlərlə ikitərəfli əməkdaşlıqdan imtina edə bilmərik”, deyə - Şerman bildirib.

Diplomatın sözlərinə görə, Cenevrədəki danışıqlarda Avropadakı hərbi təlimlər də müzakirə olunub. Rusiya v ə ABŞ Avropadakı təlimlərin miqyasına məhdudiyyət qoyulması və bu sahədə şəffaflığın artırılması qənaətinə gəliblər.

.