Şimali Koreya qoşunlarının Rusiyada olduğuna dair sübutlar var.

Yenizaman “Reuters“ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin Romada jurnalistlərə açıqlamasında bildirib.

Müdafiə naziri “Rusiyada KXDR qoşunlarının olduğuna dair sübutların olduğunu və onların hələ dəqiq nə etdiklərinin bəlli olmadığını” qeyd edib.

“Əgər onlar Kiyevin iddia etdiyi kimi, Ukraynada Rusiya tərəfində döyüşməyə hazırlaşırlarsa, bu, “çox-çox ciddi” olardı”, - Ostin əlavə edib.

.