ABŞ hesab edir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada uzunmüddətli münaqişəyə hazırlaşır və Rusiyanın ölkənin şərqində - Donbasdakı qələbəsi müharibəyə son qoymaya bilər.

Bu barədə ABŞ Milli Kəşfiyyat Xidmətinin direktoru Avril Haines Senatın Silahlı Qüvvələr Komitəsi qarşısında dünya miqyasında təhdidlər barədə çıxışında deyib.

"Bizim qiymətləndirməmizə görə, prezident Putin Ukraynada uzunmüddətli münaqişəyə hazırlaşır, bu müddət ərzində o, hələ də Donbasdan kənarda da məqsədlərinə çatmaq niyyətindədir”, - Haynes deyib.

O əlavə edib ki, Putin Qərbin zamanla zəifləyəcək qərarlılığına və qətiyyətinə ümid edir.

Milli Kəşfiyyatın direktoru qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin müharibə səylərini dəstəkləmək üçün Rusiyada hərbi vəziyyət tətbiq edə bilər.

"Putin nüvə silahından yalnız Rusiya "ekzistensial təhlükə" ilə üzləşdiyi təqdirdə istifadə edəcək", - o əlavə edib.

.