ABŞ-ın milli coğrafiya cəmiyyətinin (National Geographic Society) mütəxəssisləri xəritədə Krımı Rusiya ərazisi kimi qeyd etməyi planlaşdırırlar.
İTAR-TASS-ın verdiyi xəbərə görə, bu barədə "Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına əsasən, Cəmiyyətin baş mütəxəssisi Xuan Valdes bu qərarı Rusiya Parlamentinin Krım və Sevastopolun ölkə tərkibinə qatılması haqqında sazişi təsdiq etməsindən sonra bu ərazilərin rəsmən Rusiya Federasiyasının bir hissəsi olması ilə əsaslandırıb: "Mən dünyada baş verən hadisələri izləməliyəm. Və bu hadisələr nə olursa-olsun, xəritələr mövcud reallığı əks etdirməlidir”.
.
