ABŞ BMT Təhlükəsizlik Şurasının üzvlərinə müraciət edərək, İrana qarşı silah embarqosunun müddətinin uzadılmasını istəyib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Müvafiq təkliflə ABŞ-ın BMT-dəki rəsmi nümayəndəsi Kelli Kraft və ABŞ-ın İran üzrə rəsmi təmsilçisi Brayan Huk çıxış edib.

Xatırladaq ki, İrana qarşı silah embarqosu bu ilin 18 oktyabrına qədər qüvvədədir. 

.