ABŞ “Ənsar Allah” (husilər) üsyançı hərəkatını yanvarın 11-də terror təşkilatlarının siyahısına daxil etmək niyyətindədir.

Reuters xəbər verir ki, bu halda Yəmən qruplaşmasının ABŞ-dakı aktivləri dondurulacaq, vətəndaşlara və ya şirkətlərə sözügedən təşkilatla ticarət etməsi qadağan ediləcək.

Qeyd edək ki, 2014-cü ilin avqust ayından bəri Yəməndə hökumət qüvvələri ilə husilər arasında qarşıdurma davam edir.
 

.