
Rusiya xarici işlər naziri Sergey Lavrovu BMT Baş Assambleyasına müşayiət edəcək rusiyalı jurnalistlər ölkədə hərəkət məhdudiyyəti qoyulmuş ABŞ vizası alıblar.
Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, vizalarda Nyu-York şəhərinin mərkəzindən 25 mil (40 km) məsafədən çox olmayan məsafədə səyahət etməyə icazə verən bənd var.
.