ABŞ konqresmeni Frenk Pallone 27 həmkarı ilə birgə Ermənistan və qondarma Dağlıq Qarabağ Respublikasına yardımların artırılması ilə əlaqədar Nümayəndələr Palatasının alt komitəsinə məktub göndərib. Bu barədə ictimaiyyətə "PolitickerNJ" saytı məlumat yayıb. Məlumata görə, amerikalı konqresmenlər ABŞ-ın 2015-ci il üçün hazırladığı büdcə planında ermənilərə edilən yardımların artırılması barədə qanun layihəsinin hazırlanmasını istəyib.
Amerika Konqressinin 27 üzvü gələcək il üçün qondarma Dağlıq Qarabağ Respublikasına 5 milyon dollar, Ermənistana isə 40 milyondan az olmayaraq humanitar yardım və inkişaf proqramları üçün maliyyə ayrılmasını təklif ediblər.
.