
Amerikanın Federal Təhqiqatlar Bürosu (FTB) Ohayo ştatında Vaşinqtonda Konqresin binasına hücum planlaşdıran Christopher Cornell adlı şəxsi həbs edib. Christopher Cornell, ABŞ Konqres üzvlərini öldürmək istəyirmiş. Cornell tvitterdə saxta hesabdan İŞİD və cihadla bağlı paylaşımlar edirmiş. FTB-nin diqqətini çəkən Cornell, ötən çərşənbə günü odlu silah aldıqdan az sonra həbs olunub. Cornell İŞİD-dən birbaşa əmrlər almadığını, lakin öz təşəbbüsü ilə cihad açmağı planlaşdırdığını deyib.
