ABŞ Konqresinin Nümayəndələr Palatası 2022-ci ildə Ukraynaya 300 milyon dollar hərbi yardım göstərilməsini təsdiqləyib.

UNİAN xəbər verir ki, yardım Ukrayna Silahlı Qüvvələrinə çatacaq.

Qərar ABŞ-ın müdafiə büdcəsinin müzakirəsi zamanı qəbul edilib.

Birləşmiş Ştatların gələn ilki müdafiə büdcəsinin ümumi həcmi 770 milyard dollardır.

Qeyd edək ki, ABŞ-ın Ukraynaya 300 milyon dollar hərbi yardım göstərilməsi haqqında qərarı Senatda da təsdiqlənməlidir. Sənəd Birləşmiş Ştatların Prezidenti Cozef Bayden tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

.