ABŞ Dövlət Departamenti İsrailə 1 000 funt (təxminən 454 kq) ağırlığında 12 000 ədəd BLU-110 aviabombasının satışını təsdiqləyib.

Bu barədə ABŞ Dövlət Departamenti açıqlama verib.

Müqavilənin dəyəri 151,8 milyon dollardır. Razılaşma həmçinin Amerika podratçıları tərəfindən mühəndislik, logistika və texniki xidmətləri nəzərdə tutur.

"Dövlət katibi Marko Rubio ABŞ-nin milli təhlükəsizlik maraqları naminə İsrail hökumətinə müəyyən müdafiə mallarının və xidmətlərinin dərhal satılmasını tələb edən fövqəladə vəziyyətin mövcudluğunu müəyyən edib və ətraflı əsaslandırıb", - sənəddə deyilir.

Sursatların bir hissəsi ABŞ-nin mövcud ehtiyatlarından təmin ediləcək.

.