Türkiyə hakimiyyətinin dəhşətli terror təşkilatı İŞİD-lə əməkdaşlığına dair sənədlər Amerikanın əlinə keçib.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda "The Guardian” qəzetinin Yaxın Şərq müxbiri Martin Çulov Türkiyənin "Bir Gün” qəzetinə danışıb.
Britaniyalı jurnalist deyib ki, Amerika kəşfiyyatı İŞİD-in məhv edilən "neft naziri”ndən terror təşkilatının Ankara ilə neft alverini təsdiq edən çoxlu sayda kağız və elektron sənədlər aşkar edib.
Jurnalist deyib ki, ABŞ sənədlərin məzmununu açıqlamır, ancaq lazım olanda onu Türkiyəyə qarşı "kozır” kimi istifadə edəcək.
Xatırladaq ki, bundan əvvəl də İŞİD-in Türkiyə hakimiyyəti ilə əməkdaşlığına dair iddialar yayılıb. Belə iddialardan birinə görə, İŞİD-in neftini Ərdoğanın oğlu satır.
.