
"Türkiyə ABŞ və koalisiya qüvvələrinin İŞİD-in Suriya və İraqdakı mövqelərinə zərbələr endirmək üçün hərbi bazalardan istifadəsinə icazə verib”.
Lent.az-ın xəbərinə görə, bu sözləri Ağ Evin təhlükəsizlik üzrə müşaviri Susan Rays yerli "NBC” televiziyasına müsahibəsində deyib. S.Rays rəsmi Ankaranın bu qərarından məmnun olduqlarını ifadə edib. ABŞ Dövlət Departamenti keçən həftə Türkiyə ərazisindəki hərbi bazada, amerikalı və türkiyəli mütəxəssislər tərəfindən keçiriləcək təlimlərdə ilk mərhələdə 2 min nəfərə yaxın suriyalının iştirak edəcəyini açıqlamışdı.
ABŞ Müdafiə Nazirliyindən bu həftə Türkiyəyə gələcək nümayəndələr türkiyəli hərbçilərlə Ankarada görüşəcək və təlimlə bağlı proqramı dəqiqləşdirəcəklər.
.