ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri İraq və Suriyada İŞİD-ə qarşı quru əməliyyatlarına başlayacağı ilə bağlı anons verib.

  Modern.az "Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Eşton Karter açıqlama verib.   "Biz İŞİD-i məğlub etmək üçün bunu etməliyik. Əminəm ki, buna nail olacağıq, lakin prosesin sürətlənməsini istəyirəm”.   Müdafiə naziri deyib ki, əsas hədəf Mosul və Rakka şəhərlərinin azad olunmasıdır.   Əməliyyatlara ABŞ-ın 101-ci hava desant diviziyası cəlb olunacaq.   Bundan öncə, Fransanın müdafiə naziri Le Driana 2014-cü ilin yayından bəri İraq və Suriyaya 22 mindən artıq İŞİD üzvünün aviasiya zərbələri nəticəsində məhv edildiyini bildirmişdi.
.