
"Report" xəbər verir ki, bu barədə Pentaqondakı mənbəyə istinadən "Reuters" məlumat yayıb.
İnformasiyaya əsasən, hücuma İŞİD dəstələrinin mövqeləri, həmçinin silah-sursat anbarları və nəqliyyat vasitələri məruz qalıb.
36 zərbədən 31-i İraqın şimal-şərqindəki hədəflərə, xüsusilə Tuz-Xurmatu şəhərinin qəsəbələrinə endirilib. Daha 5 epizodda isə Amerika təyyarəçiləri İŞİD-in Suriyadakı dəstələrini hədəfə alıb..