Amerika Birləşmiş Ştatları İran üzrə sanksiyalar siyahısını genişləndirib.

Bu barədə ABŞ-ın Maliyyə Nazirliyi  xəbər verir.

Siyahıya İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə əməkdaşlıqda şübhəli bilinən bir sıra təşkilatların adları salınıb. Bundan başqa, sanksiyalar həmçinin islam ölkəsinin İraqdakı səfiri İrac Masjediyə də qarşı tətbiq edilib.

ABŞ-ın Maliyyə Nazirliyinin bəyanatına görə, İran strukturları guya Birləşmiş Ştatlarda "demokratik prosesi dağıtmaq" məqsədi ilə kütləvi informasiya vasitələrləri altında maskalanır.

.