
ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevdə Volodimir Zelenski ilə görüşüb.
Bu barədə Ukrayna prezidenti özünün “X” hesabında bildirib.
“Biz məhsuldar görüş keçirdik. Ukraynanın havadan müdafiəsinin gücləndirilməsi, müştərək istehsal və Avropa ilə birgə silahların alınması və başqa məsələləri müzakirə etdik. Ukraynaya vacib dəstək siqnalları verdiyinə və iki ölkə üçün də müsbət qərarlar verdiyinə görə prezident Trampa minnətdaram”, - Zelenski qeyd edib.
.