ABŞ-ın Sudandakı səfiri Cozef Staffordun (Joseph Stafford) vəzifəsindən istefa verməsi ilə bağlı ilginc faktlar üzə çıxıb. Sudan mətbuatı yazıb ki, əslində amerikalı səfir istefa verməyib və Dövlət Departamenti bilərəkdən onu İslam dinini qəbul etdiyi üçün işdən çıxarıb.
Sudanı ikiyə bölərək ölkəni böyük xaosa sürükləyən ABŞ-ın imperilast siyasəti ilə razılaşmayan Cozef Stafford səfir işlədiyi vaxt milyonlarla müsəlman mühacirin yaşadığı Hartum, Darfur və Kesele bölgələrinə tez-tez səfər edərək oradakı vətəndaşların durumu ilə maraqlanırmış.
Amerikalı səfirin bu addımı isə görünür rəsmi Vaşinqton tərəfindən etirazla qarşılanmış və Cozef Staffordun diplomatik missiyasının sona çatması ilə nəticələnmişdir.
.