Dövlət Departamenti ABŞ-ın Rusiyadakı səfiri Con Sallivanın bu həftə Moskvaya qayıdacağı barədə açıqlama verib.

"TASS" verdiyi məlumata görə, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays brifinq zamanı bildirib:

"Səfir Sallivan bu həftə Moskvaya qayıdacaq, çünkü biz amerikan maraqlarının irəliləməsi və iki ölkə arasında münasibətlərdə səhv buraxılma riskini azaltmaq üçün Rusiya hakimiyyəti ilə açıq əlaqə kanallara sadiqiq".

.