NATO-nun Böyük Britaniyada keçirilən sammitindən sonra ABŞ-ın müdafiə naziri Chuck Hagel sentyabrın 6-da Gürcüstana gəlir.
Gürcüstanın Müdafiə Nazirliyi bildirib ki, Hagel ölkə rəsmiləri ilə İŞİD-ə qarşı mübarizədə onların verə biləcəkləri köməyi müzakirə edəcək.
Gürcüstan müdafiə naziri Irakli Alasania «Reuters»ə bildirib ki, Hagel-in səfəri ABŞ-ın Gürcüstana dəstəyini nümayiş etdirir.
Alasania həm də bu səfərin ABŞ-la müdafiə sahəsində əlaqələrin dərinləşəcəyinə səbəb olacağını gözləyir.
Gürcüstan, Moskvanın qəti əleyhinə çıxmasına baxmayaraq, hərbi alyansa qoşulacağına inanır.
("Azadlıq" radiosu)
.