ABŞ-ın Merilənd əyalətində Milli Təhlükəsizlik Agentliyinin binası yaxınlığında atışma olub.

Xarici KİV-lər xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb.

Təhlükəsizlik qüvvələri atəş açan şəxsi saxlayıb.

Ağ evin mətbuat katibi Sara Sanders bildirib ki, hadisə barədə ABŞ prezidenti Donald Trampa məlumat verilib.









.