ABŞ-ın “görünməz təyyarə” adlandırdığı Hərbi Hava Qüvvələrinə aid B-2 bombardmançı təyyarəsi (Northrop Grumman B-2 Spirit) “Google Earth” proqramına yaxalanıb.

ABŞ döyüş təyyarəsinin “Google Earth” tərəfindən görüntüsünün çəkilməsi sosial şəbəkə izləyiciləri tərəfindən lağa qoyulub.

Radarlara düşmədiyi üçün “görünməz təyyarə” kimi tanınan B-2 bombardmançı təyyarəsi Missuri ştatında bir ferma üzərində uçarkən “Google Earth” tətbiqinin peyk görüntüsünə düşüb.

Sosial şəbəkələrdə ABŞ bombardmançısını fermalara tarlalara dərman səpən təyyarələrə bənzədiblər və bunun olduqca gülməli olduğunu yazıblar.

.